
İspaniyalı qadın tennisçi Paula Badosa Tokio-2020 Yay Olimpiya Oyunlarında çexiyalı rəqibi Marketa Vondrouşova ilə 1/4 final görüşünü başa çatdıra bilməyib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmada yalnız ilk set oynanılıb və Badosa 3:6 hesabı ilə uduzub.
İspaniyalı idmançı günvurmaya görə özünü pis hiss edib. O, meydanı əlil arabasında tərk etməli olub.