
Milli Basketbol Assosiasiyasında (NBA) "Miluoki Baks" və "Boston Seltiks" komandaları arasında keçirilmiş pley-off oyunundan sonra azarkeş öldürülüb.
Sportnet.az "New York Post"a istinadən məlumatına görə, qarşılaşmadan sonra naməlum şəxs "Fayserv-Forum" stadionunun yaxınlığında atəş açıb.
Atəş nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə yaralanıb. Fanatlar güllə səslərini eşidən kimi sığınacaq axtarıblar və nəticədə böyük panika yaranıb.
Atəş açan şəxs saxlanılıb. Oyun zamanı stadionda 11 minə yaxın insan olub.
Qeyd edək ki, görüş "Boston Seltiks"in 108:95 hesablı qələbəsi ilə yekunlaşıb.
With more than a minute left in the game, fans start sprinting out of Deer District. pic.twitter.com/WqKPGejrAw
— Natalie Shepherd (@NewsNatalie) May 14, 2022