
Kişi həndbolçular arasında Azərbaycan çempionatında II turun matçları keçirilib.
Sportnet.az-ın məlumatına görə, növbəti oyun günündə meydana əvvəlcə “Bakı” və “Məhsul” komandaları çıxıblar. Görüşün əsas vaxtı heç-heçə ilə başa çatıb - 21:21.
Qalibi müəyyənləşdirən penaltilər seriyasında isə zərbələri daha dəqiq yerinə yetirən “Məhsul” son çempion üzərində ardıcıl ikinci qələbəsini rəsmiləşdirib - 25:24.
Günün digər oyunlarında “İdman Akademiyası” kollektivi RİOEUGİM komandasına 34:30, "Təhsil" isə "U-16"ya 46:22 hesabı ilə qalib gəlib.