
Azərbaycan Basketbol Liqasında IX tura start verilib.
"Report"un məlumatına görə, tur "Sərhədçi" İdman Mərkəzinin idman zalında"Sabah BK" və "AAAF Xırdalan BK" arasında keçirilən qarşılaşma ilə başlayıb.
Son topa qədər davam edən oyunda "AAAF Xırdalan BK" 84-82 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular "AAAF Xırdalan BK"dan Endryu Korum (32 xal, 17 ribaund), "Sabah BK"dan isə Entoni Patti (23 xal, 12 ribaund) olub.
Qeyd edək ki, turun "NTD BK" - "Olimpik Şəki BK", "Neftçi İK" - "Sərhədçi PİK" və "Gəncə BK" - "Zirvə Astara BK" matçları 10-11 dekabrda baş tutacaq.