Azərbaycanın 16 və 18 yaşadək basketbolçu oğlanlardan ibarət milli komandalarımız Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışının birinci mərhələsinə start veriblər.
Sportnet.az xəbər verir ki, Tahir Baxşıyevlə Polad Həsənovun rəhbərlik etdiyi U-16 və Anar Sarıyevlə Fərid Əmirovun məşqçiləri olduğu U-18 gündə iki dəfə olmaqla müntəzəm şəkildə məşqlərini davam etdirirlər.
Toplanışın əsas məqsədi, müvafiq olaraq 9-14 iyulda Albaniyanın paytaxtı Tiranada və 23-28 iyulda həmin ölkənin Elbasan şəhərində keçiriləcək Avropa çempionatının C divizionunun oyunlarına hazırlaşmaqdır.
Qeyd edək ki, hazırlıq prosesinin birinci mərhələsi iyunun 15-dək davam edəcək.