Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Sakramento Kinqs" komandasının iki üzvü koronavirusa yoluxub.
Sportnet.az-ın məlumatına görə, Aleks Len və Cabari Parkerin test nəticələri müsbət olub.
Qeyd edək ki, NBA-da mövsümün iyulun 31-də 22 komandanın iştirakı ilə bərpası planlaşdırılır. Komandaların hamısı matçlarını Florida ştatının Orlando şəhərində keçirəcək. Qarşılaşmalar boş tribunalar önündə oynanılacaq. NBA-da cari mövsümün görüşləri martın 12-də koronavirus səbəbindən dayandırılıb.