
Qadın voleybolçular arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası bu gün ikinci matçını keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Hollandiya yığması olub. Görüş "narıncılar"ın qələbəsi ilə yekunlaşıb - 3:0 (25-15, 25-23, 25-23).
Azərbaycan millisi üçüncü görüşünü Avropa çempionatının C qrupunun ev sahibi olan Macarıstana qarşı keçirəcək. Oyun avqustun 26-da Bakı vaxtı ilə saat 22:30 başlayacaq.
Qeyd edək ki, ilk dəfə 24 komandanın iştirakı ilə və tarixdə birinci dəfə 4 ölkədə təşkil olunan yarışda Azərbaycan millisi ilk matçda Xorvatiya yığmasını 3:2 hesabı ilə məğlub edib.
-----------
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında bu gün ikinci oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Covanni Kapraranın rəhbərlik etdiyi komanda Hollandiya yığması ilə qarşılaşacaq. Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:30-sa start götürəcək.
Milli ilk matçda Xorvatiya komandasını 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15) hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.