Bakıda Azərbaycan Respublikası Mərkəzi Bankı və Maliyyə
Nazirliyinin təşkilatçılığı ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda Azərbaycanın da daxil
olduğu Seçki qrupunun növbəti toplantısı
keçirilib. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a
verilən məlumata görə, tədbirlə əlaqədar
ölkəmizə gələn Polşanın maliyyə naziri Mateuş Şurek və bu ölkənin Mərkəzi
Bankının sədri Marek Belka iş yorğunluğunu paytaxtımızın yollarında velosiped
sürməklə çıxıblar.
Federasiya
tərəfindən tam texniki dəstək alan polşalı qonaqlar səhər saatlarında Azneft meydanındanhərəkətə
başlamaqla Heydər Əliyev prospektinə
çıxıblar. Daha sonra Buzovna - Bilgəh - Nardaran - Şüvəlan - Mərdəkan marşrutu
ilə hərəkət ediblər. Yolboyu Mateuş Şurek
və Marek Belka həvəskar velosipedçilərə də qoşulublar.
Bilgəhdə, dəniz kənarında
yüngül qəlyanaltı edən polşalı rəsmilər daha sonra geriyə qayıdıblar.
Qeyd edək ki, polşalı qonaqlar, ümumilikdə 80 km məsafə qət ediblər.