1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Daha 4 qılıncoynadanımız mübarizəni dayandırdı
"Bakı 2015" I Avropa Oyunlarında iştirak edən Azərbaycan qılıncoynadanlarından daha 4-ü yarışı başa vurub. Sportnet.az-ın məlumatına görə, şpaqa növündə çıxış edən qılıncoynadanlar 1/16 final mərhələsinə yüksələ bilməyiblər.
A qrupunda mübarizə aparan Kənan Əliyev 6 döyüşdə 2 xal qazanaraq 6-cı pillədə qərarlaşıb. Bu da onun növbəti mərhələyə çıxmasına kifayət etməyib. Nəcəf Məhərrəmov və Vəkil Nəsibov müvafiq olaraq B və C qruplarının sonuncusu olaraq yarışlarla vidalaşıblar. E qrupunda mübarizə aparan Mehrab Həsənov isə 6 görüşün yalnız 1-dən qələbə ilə ayrıla bilib. Bu nəticə ilə M.Həsənov qrup mərhələsini 6-cı pillədə başa vuraraq "Bakı 2015"də mübarizəni dayandırıb.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında qılıncoynatma yarışlarına iyunun 27-də yekun vurulacaq.
"Bakı 2015" I Avropa Oyunlarında qılıncoynatma yarışları davam edir. Sportnet.az-ın məlumatına görə, bu gün Azərbaycanın 4 qılıncoynadanı yarışlarda qüvvəsini sınayacaq.
Kişilər arasında keçiriləcək fərdi şpaqa döyüşlərində Kənan Əliyev, Nəcəf Məhərrəmov, Vəkil Nəsibov və Mehrab Həsənov iştirak edəcək. Onların ilk rəqibləri müvafiq olaraq Macarıstan, Fransa, İsveçrə və İtaliya idmançıları olacaq.
Qeyd edək ki, iyunun 23-dən start götürən qılıncoynatma yarışlarına ayın 27-də yekun vurulacaq.