
İtaliya A Seriyasının XIV turundan sonra turnir cədvəlinin lideri dəyişib. Sportnet.az-ın məlumatına görə, turun son oyununda "Napoli" və "İnter" komandaları görüşüb.
Meydan sahiblərinin heyətində İquain dubl edib. "İnter"in heyətində isə Adem Lyaiç fərqlənməyi bacarıb.
Qarşılaşmada 2:1 hesablı qələbə qazanan "Napoli" 31 xalla siyahıya başçılıq edir. "İnter" isə 30 xalla 2-ci pillədə dayanıb. İlk üçlüyü isə 29 xalla "Fiorentina" qapayır.
Qeyd edək ki, XV turun oyunları 4-6 dekabrda keçiriləcək.
.







































































