
Futbol üzrə Azərbaycan I Divizionunda XIII turun ilk oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, yenidən ağır günlərini yaşayan "Bakı" "Bakılı"nın qonağı olub.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Ramil Həşimzadənin dubl etdiyi görüşdə "Bakı"nın təsəlli qoluna klubun vitse-prezidenti Yaşar Seyidovun oğlu Valeh Seyidov imza atıb.
"Bakılı” - "Bakı” - 3:1
Qollar: Ramil Həşimzadə, 32; 44. Ülvi Quliyev, 45+1 - Valeh Seyidov, 65
Qeyd edək ki, bu oyun "İnter Arena"da təmir işlərinə başlanılacağı səbəbindən erkən baş tutub. Turun qalan oyunları 17-18 dekabrda keçiriləcək.







































































