
İspaniyanın "Barselona" klubu 2015-ci ilin 180 qolla başa vurub. Sportnet.az-ın məlumatına görə, Kataloniya təmsilçisi La Liqanın XVII turunda "Betis"i darmadağın edib - 4:0.
Bununla da "Barsa" futbol tarixində yeni məhsuldarlıq rekordu müəyyənləşdirib. Əvvəlki rekord 2014-cü ildə 178 qol vurmuş "Real Madrid"ə məxsus olub.
Qeyd edək ki, "Betis"lə qarşılaşma Lionel Messi üçün "Barselona"nın heyətində 500-cü oyun olub. Bu müddətdə Argentina yığmasının kapitanı 425 qol və 26 titul qazanıb.







































































