
Azərbaycan Premyer Liqasının XXVI turunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçından sonra Ağdam təmsilçisinə çempionluq kuboku təqdim olunmayacaq.
Bu barədə Sportnet.az-a Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. O, mükafatlındırmanın son turda gerçəkləşəcəyini deyib: "Qəbələ" klubu Bakıda oynamağa razı olsa, "Qarabağ"ın kuboku paytaxtda veriləcək, razılaşmasalar Qəbələdə təqdim edəcəyik".
A. Şahgəldiyev həmçinin, digər mükafatların təqdim olunma məkanlarına 27-ci turda aydınlıq gələcəyini vurğulayıb.