Portuqaliya "Sportinq"i UEFA Çempionlar Liqasında ilk 1/4 finalçı olub.
Sportnet.az xəbər verir ki, bu, 1/8 final mərhələsinin ilk cavab görüşündən sonra müəyyənləşib.
Lissabon komandası Norveçdə 0:3 hesabı ilə uduzduğu "Budö Qlimt"ə öz meydançasında əlavə vaxtda qalib gəlib - 5:0.
Matçın əsas vaxtını eyni hesablı qələbə ilə başa vuran "Sportinq" əlavə vaxtda daha 2 dəfə fərqlənib. Qonsalu İnasiu 34-cü, Pedru Qonsalveş 61-ci, Luis Suares penaltidən 78-ci, Maksi Arauxo 92-ci, Rafael Nel 120+1-ci dəqiqədə fərqlənib.
"Sportinq" 1/4 finalda "Bayer Leverkuzen" (Almaniya) - "Arsenal" (İngiltərə) cütünün qalibi ilə üz-üzə gələcək.














































































