Fransanın PSJ klubunun futbolçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqası tarixində diqqətçəkən nailiyyətə imza atıb.
Sportnet.az "Squawka" portalına istinadən xəbər verir ki, gürcüstanlı vinger 1/8 final mərhələsində "Çelsi" ilə İngiltərədəki cavab oyununun 5-ci dəqiqə 41-ci saniyəsində fərqlənib.
Bu qol London klubunun Çempionlar Liqasında pley-off mərhələsində öz meydançasında buraxdığı ən erkən qol kimi tarixə düşüb. Görüş PSJ-nin qələbəsi ilə yekunlaşıb - 3:0.
Qeyd edək ki, Kvaratsxeliya 2025-ci ilin yanvarında PSJ-yə transfer olunub. 25 yaşlı futbolçu cari mövsüm bütün turnirlərdə 36 oyunda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalına görə, onun bazar dəyəri 90 milyon avro civarındadır.












































































