Martın 20-də Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışına start veriləcək.
Sportnet.az xəbər verir ki, toplanışda Azərbaycan millisi ilə yanaşı, Gürcüstan və Rumıniya yığmaları da hazırlıq keçəcək.
Bakı Boks Mərkəzində təşkil olunacaq toplanışa 60-dək boksçu qatılacaq. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar.
Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Gürcüstan tam heyətlə məşqlərə 1 gün sonra qoşulacaq.
Məşqlər Bakıda təşkil olunacaq Böyük İpək Yolu beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, Böyük İpək Yolu yarışı 2 - 7 aprelidə baş tutacaq.











































































