"Real"ın baş məşqçisi Alvaro Arbeloa Madrid klubunun tarixinə düşüb.
Sportnet.az xəbər verir ki, ispaniyalı məşqçinin komandası Çempionlar Liqasının pley-off mərhələsində ilk dörd oyununun hər birində qalib gəlib.
"Squawka"nın məlumatına görə, indiyə qədər "Real"ın heç bir baş məşqçisi Çempionlar Liqasında bu uğura imza atmayıb.
"Kral klubu" Arbeloanın rəhbərliyi altında "Benfika" və "Mançester Siti"ni hər iki oyunda üstələyib. "Benfika" ilə qarşılaşmada madridlilər 1:0 və 2:1 hesabları ilə qalib gəlib, "Mançester Siti"ni evdə 3:0, səfərdə 2:1 hesabı ilə məğlub edib.
Xatırladaq ki, Arbeloa bu ilin yanvar ayında Xabi Alonsonun yerinə baş məşqçi təyin olunub.














































































