Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Bank Respublika Arena"da "Sabah" və "Sumqayıt" komandaları üz-üzə gəlib.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.
İlk qolu 24-cü dəqiqədə Kahim Parris vurub. 49-cu dəqiqədə çempionatın bombardiri Coy Lens Mikels fərqlənərək, aktivindəki qol sayını 15-ə çatdırıb. 71-ci dəqiqədə fərqlənən Velko Simiç isə Premyer Liqada 10-cu qoluna imza atıb.
"Sumqayıt" təsəlli qolunu 90+2-ci dəqiqədə Nsana Simon vurub.
Bununla da lider "Sabah" xalını 62-yə çatdırıb. "Sumqayıt" isə 32 xalla 7-cidir.
------------------------
Azərbaycan Premyer Liqasında XXV turun növbəti oyunu "Karvan-Yevlax" və "Zirə" arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Yevlax şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 79-cu dəqiqədə Anatoli Nuriyev vurub.
Bununla da xalını 42-yə çatdıran "Zirə" yenidən 4-cü pilləyə yüksəlib. "Karvan-Yevlax" isə 8 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXV turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, günün ilk qarşılaşması "Karvan-Yevlax" və "Zirə" arasında olacaq.
Yevlax şəhər stadionunda saat 15:00-da gerçəkləşəcək matçı baş hakim Rəşad Əhmədov idarə edəcək.
Hazırda "Zirə" 24 oyundan 39 xalla 5-ci, "Karvan-Yevlax" 8 xalla 12-ci yeri tutur.
Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv bu mövsüm debüt edən əyalət komandasına hər iki matçda qalib gəlib - 3:2, 1:0. Başqa sözlə, “Karvan-Yevlax”ın ev oyununda hər iki komanda qol vurub.
Günün digər matçında isə "Sabah" və "Sumqayıt" komandaları üz-üzə gələcək. "Bank Respublika Arena"da saat 19:15-də başlanacaq oyunu referi Rəvan Həmzəzadə idarə edəcək.
Hazırda "Sabah" 24 oyundan 59 xalla 1-ci, "Sumqayıt" 32 xalla 7-ci yerdə gedir. Əvvəlki 29 matçın 15-də Masazır, 8-də "gənclik şəhəri" təmsilçisi qələbə qazanıb, 6-sı isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə "Sabah"ın üstünlüyü belədir - 54:29.
Son 3 görüşdə hər iki komanda qol vurub. “Sumqayıt” axırıncı 4 matçda qələbə qazanmayıb.
Azərbaycan Premyer Liqası, XXV tur
19 mart (cümə axşamı)
15:00. “Karvan-Yevlax” – “Zirə” - 0:1
Qol: Anatoli Nuriyev, 79
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
Sarı vərəqələr: Vadim Abdullayev, 11 (qeyri-idman hərəkəti); Emin Rüstəmov, 90+1 (qeyri-idman hərəkəti) - Eren Aydın, 39 (qeyri-idman hərəkəti); Enrike Kustodio, 53 (qeyriidman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Rəşad Sadıqov, 90+2 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax şəhər stadionu, 2700 tamaşaçı
“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) (16. Rauf Rüstəmli, 89) 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings (14. Uğur Cahangirov, 80) 21. İmani Barker (13. Vüsal Məsimov, 89) 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 32. Elvin Yunuszadə 33. Eltun Turabov 42. İbrahim Qədirzadə
Baş məşqçi: Füzuli Məmmədov
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli (17. Ayron Qomis, 90) 19. Rüfət Abdullazadə (29. Ceyhun Nuriyev, 68) 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov 10. Giorgi Papunaşvili (73. Anatoli Nuriyev, 68) 30. Rikardo Martins (93. Brahim Konate, 68) 5. Ange Mutsinzi 22. Eren Aydın (28. Leroy Mikels, 76)
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 7. Rövlan Muradov 14. Elçin Əlicanov 26. Stefan Aka 20. İssa Cibrila 11. Junior Martins
Baş məşqçi: Rəşad Sadıqov
19:15. “Sabah” – “Sumqayıt” - 3:1
Qollar: Kahim Parris, 24. Coy Lens Mikels, 49. Velko Simiç, 71 - Nsana Simon, 90+1
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli
Sarı vərəqə: Kahim Parris, 34 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 2 dəq.
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bank Respublika Arena”, 1000 tamaşaçı
“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev (22. Zinedin Uld Xaled, 84) 20. Coy Lens Mikels (99. Patrik Mbina, 87) 21. Velko Simiç (9. Xəyal Əliyev, 84) 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris (70. Cesse Sekidika, 74) 7. Umarali Raxmonaliyev (6. Abdulax Xaybulaev, 84)
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 12. Rauf Əyyubov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 53. Andrey Santos 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas
“Sumqayıt”: 22. Xəyal Fərzullayev 8. Səbuhi Abdullazadə (k) 75. Nadir Orucov 97. Vüsal Paşayev 9. Aleksandr Ramalinqom (21. Nihad Əhmədzadə, 74) 72. Rayan Senhadjic (3. Höccət Haqverdi, 74) 6. Sedrik Badolo 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez (7. Rüstəm Əhmədzadə, 60) 71. Masaki Murata (10. Nikola Ninkoviç, 60) 11. Aleksa Yankoviç (95. Nsana Simon, 68)
Ehtiyat oyunçular: 12. Murad Ağamalıyev 56. Aftandil Arixov 29. Emil Mustafayev 24. Sənan Muradlı 37. Nihad Orucəli
Baş məşqçi: Saşa İliç
Qeyd edək ki, XXV turun açılış matçında "Araz-Naxçıvan" səfərdə "Şamaxı"ya qalib gəlib - 1:0. Turun qalan oyunları 20-21 martda olacaq.
















































































