“Neftçi”nin futbolçusu İfeanyi Metyunun səfərdə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra Sportnet.az-a müsahibəsi
– Oyunla bağlı təəssüratlarınız necədir?
– Çətin qələbə oldu, amma sonda qələbə qələbədir. Əsas odur ki, qalib gəldik.
– Hakimin idarəçiliyi barədə nə deyə bilərsiniz?
– Ümumilikdə yaxşı idarə etdi. Amma bilirik ki, heç kim mükəmməl deyil. Hakimlər də bəzən səhvlər edə bilir. Bu, normaldır.
– Komandanın hazırkı vəziyyəti ilə bağlı nə düşünürsünüz?
– Hazırda konkret nə isə demək çətindir. Amma hələ də şansımız var. İnanırıq ki, nə isə dəyişə bilər. Biz sadəcə oyun-oyun irəliləyirik və işləməyə davam edirik.
– Növbəti oyun “İmişli”yə qarşı olacaq. Bu matç barədə fikirləriniz necədir?
– “İmişli” çox çətin komandadır. Onlara qarşı oynamaq heç də asan deyil. Çətin oyun olacaq. Biz özümüzə inanırıq və qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Haşım MƏMMƏDOV













































































