Azərbaycan Premyer Liqasında XXIV turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Qəbələ" "Neftçi"ni qəbul edib.
Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 19-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Seydina Keyta açıb. O, penaltini dəqiq yerinə yetirib.
Lakin cəmi 3 dəqiqə sonra Bassala Sambu bərabərlik topunu vurub və çempionatdakı qol sayını 10-a çatdırıb.
69-cu dəqiqədə baş hakim Elçin Məsiyev "Qəbələ"nin qapısına penalti təyin edib. Bu dəfə kapitan Emin Mahmudov dəqiq olub və Premyer Liqadakı qol sayını 8-ə yüksəldib.
77-ci dəqiqədə isə paytaxt komandasının istedadlı futbolçusu Murad Məmmədov son nöqtəni qoyub.
Bununla da xalını 34-ə çatdıran "Neftçi" 6-cı pilləyə yüksəlib. 16 xala malik "Qəbələ" isə 11-ci pillədə qalıb.
Qeyd edək ki, XXIV turun əvvəlki görüşlərində "Araz-Naxçıvan" evdə "Karvan-Yevlax"ı 2:1, "Şamaxı" səfərdə "Sumqayıt"ı 1:0, "Sabah" "İmişli"ni 5:0, "Qarabağ" "Zirə"ni 3:1 hesabı ilə yenib. "Kəpəz" - "Turan Tovuz" matçında isə qalib müəyyənləşməyib - 1:1.
----------------------------
Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Yevlax şəhər stadionunda "Kəpəz" "Turan Tovuz"la üz-üzə gəlib.
FIFA referisi Tural Qurbanovun idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb - 1:1.
Hesabı 55-ci dəqiqədə Gəncə komandasından Rəhman Hacıyev açıb. Bundan 6 dəqiqə sonra Jo Batista bərabərliyi təmin edib.
Beləliklə, tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Bununla da "Kəpəz" 18 xalla 10-cu, "Turan Tovuz" 45 xalla 4-cü pillədə yer alıb.
---------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun son oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, hər iki qarşılaşma bölgələrdə təşkil olunacaq.
Yevlax şəhər stadionunda "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək. Saat 15:00-da başlanacaq Qərb derbisini yeni FIFA referisi Tural Qurbanov baş hakim kimi təyinat alıb.
Hazırda "Kəpəz" 23 oyundan 17 xalla 10-cu, "Turan Tovuz" 44 xalla 3-cü yerdə gedir. İki komandanın əvvəlki 14 matçının 3-də Gəncə, 10-da Tovuz təmsilçisi qələbə qazanıb, 1-i isə heç-heçə ilə yekunlaşıb. “Turan Tovuz” son 10 oyunda qol vurub. “Kəpəz” axırıncı üç qarşılaşmada quru hesabla məğlub olub.
Qəbələ şəhər stadionunda isə eyniadlı komanda "Neftçi"ni sınağa çəkəcək. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Hazırda "Qəbələ" 23 oyundan 16 xalla 11-ci yerdə gedir. Paytaxt təmsilçisi isə 22 oyundan 31 xalla 7-cidir.
Əvvəlki 65 görüşün 18-də "Qəbələ", 33-də "Neftçi" qalib gəlib, 14-ü heç-heçə ilə bitib. Topların nisbətində "ağ-qaralar"ın üstünlüyü belədir - 98:70. “Qəbələ” son 3 görüşdə qol vurmayıb. “Neftçi” ötən 6 matçda xal itirməyib.
Azərbaycan Premyer Liqası, XXIV tur
15 mart (bazar)
15:00. “Kəpəz” – “Turan Tovuz” - 1:1
Qollar: Rəhman Hacıyev, 55 - Jo Batista, 61
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Yevlax şəhər stadionu
18:00. “Qəbələ” – “Neftçi” - 1:3
Qollar: Seydina Keyta, 19 (pen.) - Bassala Sambu, 22. Emin Mahmudov, 69 (pen.). Murad Məmmədov, 77
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
VAR: Kamal Umudlu
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, XXIV turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" evdə "Karvan-Yevlax"ı 2:1, "Şamaxı" səfərdə "Sumqayıt"ı 1:0, "Sabah" "İmişli"ni 5:0, "Qarabağ" "Zirə"ni 3:1 hesabı ilə yenib.

















































































