UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha bir cavab görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun gününün ilk matçında "Barselona" İspaniyada İngiltərə "Nyukasl"ı qəbul edib.
"Kamp Nou"da təşkil olunmuş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 7:2. İlk və son qolu Kataloniya təmsilçisinin hücumçusu Rafinya vurub. Braziliyalı vinger 6-cı və 72-ci dəqiqələrdə fərqlənib. 18-ci dəqiqədə Mark Bernal, 45+7-ci dəqiqədə penaltidən Lamin Yamal, 51-ci dəqiqədə Fermin Lopes, 56-cı və 61-ci dəqiqələrdə Robert Levandovski rəqibi məyus edib.
"Nyukasl"dan isə Antoni Elanqa 15-ci və 28-ci dəqiqələrdə dubl edib.
İlk matç 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün "Barselona" iki oyunun yekununda adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, növbəti mərhələdə rəqib "Atletiko Madrid" (İspaniya) - "Tottenhem" (İngiltərə) cütünün qalibi olacaq.











































































