Oman millisinin Bakıda keçiriləcək FIFA Series turnirində iştirakı sual altına düşüb.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, bu, Yaxın Şərqdəki münaqişə ilə əlaqədardır.
İran qonşu ölkələrə zərbələr endirdiyi üçün Oman hava limanından uçuşlarda da problemlər yaranıb. Məsələyə yaxın vaxtlarda aydınlıq gələcək.
[Qeyd edək ki, Oman Bakıda yarımfinal oyununda Sierra Leone ilə üz-üzə gəlməlidir. Oyunun martın 27-də təşkili planlaşdırılıb. Digər yarımfinalda isə Azərbaycan və Sent Lusia yığmaları üz-üzə gələcək.



















































































