UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 3 cavab görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun gününün mərkəzi qarşılaşması İngiltərədə "Mançester Siti" və İspaniya "Real Madrid"i arasında təşkil olunub.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Beləliklə, ilk matçda da 3:0 hesablı qələbə qazanmış "Real Madrid" adını 1/4 finala yazdırıb.
İngiltərənin daha bir təmsilçisi "Çelsi" də Çempionlar Liqası ilə vidalaşıb. "Zadəganlar" ilk matçda Fransada 2:5 hesabı ilə uduzduqları PSJ-yə evdə də yeniliblər - 0:3.
Əvəzində "Arsenal" adını növbəti mərhələyə yazdırmağı bacarıb. "Topçula" Almaniyada 1:1 hesablı heç-heçə etdikləri "Bayer Leverkuzen"ə doğma meydançada qalib gəlməyi bacarıblar - 2:0.
Daha əvvəl Portuqaliya "Sportinq"i Norveç "Budö Qlimt"ini əlavə vaxtda 5:0 (ilk görüş 0:3) hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.
UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
21:45. "Sportinq" (Portuqaliya) - "Budyo Qlimt" (Norveç) - 5:0 (ƏSAS VAXT - 3:0, ƏLAVƏ VAXT - 2:0)
Qollar: Qonsalu İnasiu, 34. Pedru Qonsalveş, 61. Luis Suares, 78 (pen.). Maksi Arauxo, 92. Rafael Nel, 120+1İlk oyun - 0:3
İlk oyun - 0:3
00:00. "Arsenal" (İngiltərə) - "Bayer 04" (Almaniya) - 2:0
Qollar: Ebereçi Eze, 36. Deklan Rays, 63
İlk oyun - 1:1
00:00. "Çelsi" (İngiltərə) - PSJ (Fransa) - 0:3
Qollar: Xviça Kvaratsxeliya, 6. Bredli Barkolya, 14. Senni Mayulu, 62
İlk oyun - 2:5
00:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 1:2
Qollar: Erlinq Holann, 41 - Vinisius Junior, 22 (pen.); 90+3
Qırmızı vərəqə: Bernardu Silva, 20 ("Mançester Siti")
İlk oyun - 0:3.
Qeyd edək ki, "Sportinq" 1/4 finalda "Arsenal"la, "Real Madrid" "Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya) duetinin, PSJ isə "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə) cütünün qalibi ilə üz-üzə gələcək.











































































