Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Noa Lanq əl barmağını ciddi zədələyib.
Sportnet.az-ın məlumatına görə, bu, UEFA Çempionlar Liqasında "Liverpul"a qarşı İngiltərədəki cavab görüşü zamanı baş verib.
75-ci dəqiqədə Lanq meydançanın kənarındakı reklam lövhəsinə çırpılaraq barmağından xəsarət alıb.
Nəticədə yaralanmış yerdən qan açılıb, o, bir müddət qazonda qalıb.
Niderlandlı yarımmüdafiəçi meydançanı xərəkdə tərk edib.
Klubdan verilən açıqlamaya görə, onun sağ əlinin baş barmağında kəsik yaranıb. Futbolçu əməliyyat olunub.
Qeyd edək ki, oyun "Liverpul"un 4:0 hesablı qələbəsi ilə başa çatıb.












































































