17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsidə bu gün son oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan milli Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Sloveniyanın Krşko şəhərindəki "Matiye Qubka" stadionda keçirilmiş görüş rəqibin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:1.
Azərbaycan yığmasının oyunda və seçmə mərhələdə yeganə qolunu Könül Hüseynova vurub. O, 42-ci dəqiqədə fərqlənib.
Bundan başqa Aylin Əliyeva 2-ci dəqiqədə topu öz qapısına vurub.
Farer adaları millisinin daha 4 qoluna Kara Siqurdsson 6-cı, 77-ci, 80-ci və 83-cü dəqiqələrdə imza atıb. Eyni zamanda, Sara Yustinussen 76-cı dəqiqədə fərqlənib.
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki oyunlarında Belçikaya 0:11, Sloveniyaya 0:3 hesabı ilə uduzub. Bununla da 1 qol vurduğu halda, 20 top buraxan baş məşqçi Nərgiz Qurbanovanın komandası qrupu xalsız başa vurub. Belçika 9 xalla 1-ci, Farer adaları 6 xalla 2-ci, Sloveniya 3 xalla 3-cü yeri tutub.














































































