Portuqaliyanın "Braqa" klubu UEFA Avropa Liqasında 1/4 finala yüksələn ilk komanda olub.
Sportnet.az-ın məlumatına görə, "Braqa" 1/8 final mərhələsinin cavab oyununda Macarıstan təmsilçisi "Ferentsvaroş"u darmadağın edib - 4:0.
Braqada yerləşən "Municipal" stadionunda keçirilən qarşılaşmada qolları 11-ci və 53-cü dəqiqələrdə Rikardu Orta, 15-ci dəqiqədə Florian Qrilliç və 34-cü dəqiqədə Qabri Martines vurublar.
Xatırladaq ki, komandalar arasında ilk oyun "Ferentsvaroş"un 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. Lakin cavab matçında inamlı çıxış edən "Braqa" iki oyunun nəticəsinə görə (4:2) üstün olaraq UEFA Avropa Liqasının 1/4 finalına vəsiqə qazanıb.
Portuqaliya klubu növbəti mərhələdə "Panatinaikos" (Yunanıstan) – "Betis" (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq.











































































