Fransanın PSJ klubunun və Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında arzuolunmaz göstərici ilə yadda qalıb.
Sportnet.az-ın Opta Sports-a istinadən məlumatına görə, 23 yaşlı hücumçu pley-off mərhələsinin "Monako" ilə ilk qarşılaşmasında 8 dəfə zərbə endirsə də, onların heç biri qapı çərçivəsinə düşməyib.
Bununla da o, turnirin antirekordunu təkrarlayıb.
Daha əvvəl eyni statistika iki dəfə Tyerri Anriyə məxsus olub. Fransalı sabiq hücumçu 2004-cü ildə İngiltərənin "Çelsi", 2006-cı ildə isə Rusiyanın MOİK klubları ilə matçlarda 8 zərbə vursa da, qapıya düşə bilməyib.
Fevralın 17-də keçirilmiş “Monako” – PSJ görüşü Paris təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab qarşılaşması fevralın 25-də Parisdə keçiriləcək.












































































