Azərbaycan Premyer Liqasında XXV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış matçında "Şamaxı" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəlib.
Şamaxı şəhər stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 56-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Vladislav Veremeyev öz qapısına vurub.
Beləliklə, xalını 39-a çatdıran "Araz-Naxçıvan" 4-cü pilləyə yüksəlib. "Şamaxı" isə 30 xalla 8-ci pillədə qalıb.
Qeyd edək ki, turun digər oyunları 19 - 21 martda keçiriləcək.
-------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda “Şamaxı" "Araz-Naxçıvan"ı sınağa çəkəcək.
Şamaxı şəhər stadionunda saat 15:00-da başlanacaq görüşü baş hakim İnqilab Məmmədov idarə edəcək.
24 turdan sonra "Şamaxı" 30 xalla 8-ci, "Araz-Naxçıvan" 36 xalla 5-ci yerdə gedir.
Komandaların əvvəlki 10 oyununun 2-də "Şamaxı", 6-da "Araz-Naxçıvan" qalib gəlib, daha 2-də heç-heçə qeydə alınıb. Topların nisbətində Naxçıvan təmsilçisinin üstünlüyü belədir - 11:5.
“Araz-Naxçıvan” 2002-ci ildəki texniki nəticə nəzərə alınmasa, bütün görüşlərdə qol vurub. Son iki görüşdə 2 qol qeydə alınıb.
Azərbaycan Premyer Liqası, XXV tur
18 mart (çərşənbə)
15:00. “Şamaxı” – “Araz-Naxçıvan” - 0:1
Qol: Vladislav Veremeyev, 56 (öz qapısına)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı şəhər stadionu.
Qeyd edək ki, turun qalan oyunları 19 - 21 martda keçiriləcək.










































































