UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Türkiyənin "Qalatasaray" komandası İngiltərədə "Liverpul"a qarşı cavab görüşündə böyük hesabla məğlub olub - 0:4.
Beləliklə, ilk matçda 1:0 hesablı qələbəyə baxmayaraq, "sarı-qırmızılar" iki oyunun yekununda uduzaraq, mübarizəni dayandırıb.
"Liverpul" isə "Arsenal"dan sonra adını 1/4 finala yazdıran İngiltərənin ikinci klubu olub.
"Dumanlı Albion"un digər təmsilçilərindən "Tottenhem" öz meydançasında İspaniyanın "Atletiko Madrid" komandasına 3:2 hesabı ilə qalib gəlib. Lakin ilk matçda 5:2 hesablı qələbə qazanmış "Atletiko" növbəti mərhələyə yüksəlib.
Bunadək daha bir İspaniya - İngiltərə duelində "Barselona" "Nyukasl"ı iki oyunun yekununda üstələyib - 1:1, 7:2.
Almaniya "Bavariya"sı isə "Atalanta"nı İtaliyada 6:1 hesabı ilə darmadağın etdikdən sonra öz meydançasında da məğlubiyyətə uğradıb - 4:1.
UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
18 mart
21:45. "Tottenhem" (İngiltərə) - "Atletiko" (İspaniya) - 3:2
Qollar: Randal Kolo-Muani, 30. Xavi Simons, 52; 90+1 (pen.) - Xulian Alvares, 47. David Qantsko, 75
İlk oyun - 2:5
00:00. "Barselona" (İspaniya) - "Nyukasl" (İngiltərə) - 7:2
Qollar: Rafinya, 6; 72. Mark Bernal, 18. Lamin Yamal, 45+7 (pen.). Fermin Lopes, 51. Robert Levandovski, 56; 61 - Antoni Elanqa, 15; 28
İlk oyun - 1:1
00:00. "Liverpul" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) - 4:0
Qollar: Dominik Soboslai, 25. Yuqo Ekitike, 51. Rayan Qravenberx, 53. Məhəmməd Salah, 62
İstifadə olunmamış penalti: Məhəmməd Salah, 45+4 ("Liverpul")
İlk oyun - 0:1
00:00. "Bavariya" (Almaniya) - "Atalanta" (İtaliya) - 4:1
Qollar: Harri Keyn, 25 (pen.); 54. Lennart Karl, 56. Luis Dias, 70 - Lazar Samarciç, 85
İlk oyun - 6:1
1/4 finalda görüşəcəklər:
"Real Madrid" (İspaniya) - "Bavariya" (Almaniya)
PSJ (Fransa) - "Liverpul" (İngiltərə)
"Barselona" (İspaniya) - "Atletiko Madrid" (İspaniya)
"Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)
Qarşılaşmalar 7-8 apreldə və 14-15 apreldə keçiriləcək.














































































