Bizon Azərbaycan Kubokunda 1/2 final mərhələsinin cavab görüşlərinin oyun cədvəli məlum olub.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, iki gündə baş tutacaq görüşlər “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
21 aprel (çərşənbə axşamı)
19:00. “Zirə” – “Turan Tovuz”
Zirə İdman Kompleksinin stadionu
22 aprel (çərşənbə)
20:00. “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”.











































































