Norveç "Sarpsborq 08"inin “Qarabağ”ın futbolçusu Chris Kuakunu almaqdan ötrü ödədiyi məbləğ müəyyənləşib.
Sportnet.az "Mercatosphera"ya istinadən xəbər verir ki, transfer üçün Azərbaycan klubuna 300 min avro ödənilib.
Ağdam təmsilçisi 2025-ci ilin yayında Fil Dişi Sahilindən olan yarımmüdafiəçiyə görə Portuqaliya "Mafra"sına məhz bu qədər vəsait ödəmişdi.
"Sarpsborq 08" 26 yaşlı Kuaku ilə 2028-ci ilin iyun ayınadək müqavilə imzalayıb.












































































