"Sizinlə olmaq mənim üçün böyük qürurdur. Ümidvaram ki, qarşıdakı 1 il 7 ay ərzində çox yaxşı təcrübə keçəcək və birlikdə olacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın U-20 yığmasının baş məşqçisi Rui Jorje deyib.
Portuqaliyalı mütəxəssis bildirib ki, uğur idman nəticələrindən asılıdır: "Buna heç bir baş məşqçi təminat verə bilməz. Nailiyyətlər futbolçuların əzmkarlıqlarından asılıdır. Bunlar olarsa, təminat vermək olar. Bura gəlməmişdən əvvəl Fernandu Santuşla və köməkçiləri ilə danışdım. Ondan Azərbaycanda insanların qonaqpərvərliyi barədə yalnız müsbət fikirlər eşitdim.
Jorje Azərbaycan Premyer Liqasındakı durum barədə məlumatlı olduğunu söyləyib: "Hazırkı vəziyyətdə digər yığmalara rəhbərlik etməklə bağlı təklif və söhbətim olmayıb. Çempionatla tanışam, klubların rolu futbolçuların yetişməsində böyükdür. Yaxşı bilirəm ki, azərbaycanlı futbolçuları portuqaliyalılar deyil. Amma biz Portuqaliya millisi ilə uğur qazandığımız mövsümdən əvvəl Portuqaliya dünya reytinqində 21-ci idi. Sonra isə 3-cü yerə çıxdı".
O, Santuşla Azərbaycan futbolu barədə danışmadığını əlavə edib: "Biz sadəcə, ölkəniz haqqında söhbət apardıq".
Azərbaycanın U-21 yığmasının bir neçə matçını izlədiyini deyən baş məşqçi oynayacaqları sistemə dair son qərar vermədiyini diqqətə çatdırıb: "Hələ təhlil, müzakirə gedir. Məqsədimiz odur ki, oyunçuların bizə nə verə biləcəklərini müəyyənləşdirək. İlk növbədə, keyfiyyəti qaldırmalıyıq".
Jorje Azərbaycan millisində əlavə təkliflər də aldığını xatırladıb: "AFFA-dan ənimlə danışıq olanda gördüm ki, istəklidirlər. Eyni zamanda ölkə və şəhər amili rol oynadı".
Baş məşqçi bildirib ki, hazırda dünya çempionatının final mərhələsinə idman prinsipinə əsasən çıxış etməyəcəklər: "Dünya çempionatında çıxış edən komandalarla təşkilatçı ölkələr arasında keyfiyyət fərqi var. Oyunçuların formalaşmasında və aşağı yaş qruplarında problemlər var. İdmanda uğur qazanmaq istəyiriksə, məqsədimiz o olacaq ki, bu fərqi azaldaq. Çalışacağıq ki, futbolçuların hər biri gələcəyin oyunçuları olsun. Köməkçilərim Aleşandre Silva və Romeo Almeyda mənimlə 20 ilədək çalışırlar və ən inandığım şəxslərdir. Mənə oyunçular üzərində işləməkdə kömək edəcəklər".


















































































