2026-cı il üçün "İdman səfirləri”nin seçkisi keçirilib.
Sportnet.az-ın məlumatına görə, seçki Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında gerçəkləşib.
Səsvermə nəticəsində Ülviyyə Fətəliyeva (şahmat), Vəfa Musayeva (alpinizm), Aynur Yusufova (gimnastika), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma), Elçin Əsədov (velosiped) 2026-cı il üçün “İdman səfiri” seçiliblər.
Qeyd edək ki, bu ilin İdman Paytaxtı adına Qazax layiq görülüb.












































































