2026-cı il dünya çempionatının yarımfinal mərhələsində Fransa və İspaniya milliləri arasında keçirilən oyunda hesab açılıb.
Sportnet.az xəbər verir ki, ABŞ-ın Arlinqton şəhərindəki "AT&T" stadionunda oynanılan görüşün 22-ci dəqiqəsində baş hakim İvan Bartonun təyin etdiyi penaltini dəqiq yerinə yetirən Mikel Oyarzabal İspaniya yığmasını hesabda önə çıxarıb - 1:0.
İspaniya yarımfinala gedən yolda 1/4 finalda Belçikanı 2:1 hesabı ilə məğlub edib. Fransa isə Mərakeş üzərində 2:0 hesablı qələbə qazanaraq son dörd komandadan biri olub.
DÇ-2026
Yarımfinal
23:00. Fransa - İspaniya - 0:1 (İKİNCİ HİSSƏ)
Qol: Mikel Oyarsabal, 22 (pen.)
Dallas (ABŞ), AT&T stadionu
Baş hakim: İvan Barton (Salvador)
Qeyd edək ki, digər yarımfinal görüşündə Argentina millisi İngiltərə ilə üz-üzə gələcək. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatının finalı iyulun 19-da ABŞ-ın İst-Raterford şəhərində keçiriləcək. Hazırkı dünya çempionu Argentina millisidir.













































































