1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Diniyev üçün 100-cü oyun
Azərbaycan Premyer Liqasının XVII turunun "Sumqayıt”la oyunu (1:3) "Kəpəz”in baş məşqçisi Şahin Diniyev üçün əlamətdar olub.
Sportnet.az PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis Gəncə klubunu 100-cü dəfə çempionat oyununa çıxarıb. 2004-cü ilin yayında "Gəncə” adlanan klubun baş məşqçisi təyin olunan Diniyev 2005-ci ilin sonunadək, yəni mövsümyarım komandaya rəhbərlik edib. Azərbaycan milli komandasının "sükanı arxasına” keçməsi ilə əlaqədar klubundan ayrılan çalışdırıcı 2015-ci ilin yayında "Kəpəz”ə qayıdıb.
4 müxtəlif mövsümdə qərblilərə rəhbərlik edən 51 yaşlı mütəxəssis bu müddətdə 35 qələbə sevinci yaşayıb. 32 heç-heçə və 33 məğlubiyyətə şahid olan Diniyevin yetirmələri 119 qol vurub və 106-nı buraxıb. "Kəpəz” onun rəhbərliyi altında ümumilikdə 137 xal qazanıb.