"Minsk 2019" II Avropa Oyunlarında Azərbaycanın daha bir karateçisi mübarizəni dayandırıb.
Sportnet.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən Rafiz Həsənov A qrupundan yarımfinala yüksələ bilməyib. O, ilk iki görüşdə İv Martial Tadissi (Macarıstan) və Artyom Kravtsova (Belarus) eyni – 1:5 hesabı ilə uduzub. Son qarşılaşmada Stefan Pokorni (Avstriya) ilə qarşılaşan Həsənov 3:4 hesabı ilə məğlub olaraq qrup sonuncusu olub.
Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər karateçilərdən Firdovsi Fərzəliyev (60 kq) yarımfinala yüksəlib, Nuranə Əliyeva (50 kq) mübarizəni dayandırıb. Rafael Ağayev (75 kq) isə ilk iki görüşündən qalib ayrılıb.