Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Beynəlxalq Test Agentliyi (ITA) arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Sportnet.az-ın məlumatına görə, müqaviləyə əsasən, tərəflər arasında dopinq testlərinə aid məlumat və təcrübə mübadiləsi, tədqiqat, idmançıların bioloji pasportları və digər məsələlərlə bağlı sahələrdə əməkdaşlıq nəzərdə tutulub.
Razılaşmaya görə, AMADA ITA adından nümunələrin toplanılması üzrə agent qismində çıxış edə bilər və ITA üçün digər antidopinq xidmətləri göstərə bilər.