Hazırda Yaponiyanın cənub-qərbindəki Munakata şəhərində olan Rusiyanın olimpiya yğmasının əməkdaşı koronavirusa yoluxub.
Sportnet.az-ın "Jiji" agentliyinə istinadən məlumatına görə, adı açıqlanmayan həmin şəxsin 50 yaşında olduğu bildirilir. O, xəstəxanaya yerləşdirilib və yığma üzvlərindən təcrid olunub.
Həmçinin, Rusiyanın qadınlardan ibarət reqbi-7 yığması da karantinə alınıb.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.