“Almaniyadakı bir şirkətlə sponsorluqla bağlı danışıqlar gedir”.
Sportnet.az-ın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün püşkatma mərasimində deyib.
Musayev danışıqların davam etdiyini bildirib: “Bir şirkətlə yazışmalarımız var. Qismət olarsa, alınacaq”.
PFL prezidenti həmin şirkətin adını çəkməsə də, ilkin razılığa gəldiklərini söyləyib: "Danışığımızda dediyimiz məbləğə razışaşıblar. Minimum məbləğ demişik. Bütün şərtlərinə razılıq veririk. Biz də istərdik ki, həmin sponsorun vəsaiti hesabına geniş proqramlar hazırlayaq. Əvvəllər maraq daha çox idi. Bu gün isə belə alınıb.