Bakı - Xankəndi Azərbaycan Velosiped yarışında III mərhələyə start verilib..
Sportnet.az-ın məlumatına görə, bu mərhələdə iştirakçılar Qəbələ şəhər stadionunun qarşısından yürüşə başlayıblar.
Onlar Oğuz və Şəki rayonlarından keçməklə, 162,9 km yol qət edəcəklər.
Finiş isə Mingəçevir şəhərində olacaq.
Qeyd edək ki, 5 mərhələdən ibarət yarışa mayın 14-də yekun vurulacaq.





















































































