Azərbaycan bu il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına növbəti vəsiqəsini qazanıb. Sportnet.az-ın məlumatınma görə, bu, milliləşdirilən legioner Olqa Senyukun sayəsində reallaşıb.
25 yaşlı idmançı ölkəmizi "Rio-2016"da kamandan oxatma yarışında təmsil edəcək. Senyuk İngiltərədə keçirilən Avropa çempionatında 3-cü yeri tutmaqla bu hüquqa yiyələnib.
Nəticədə Olqa Azərbaycan idman tarixinə adını qızıl hərflərlə yazdırıb. Çünki ölkəmiz bunadək olimpiadalarda kamandan oxatmada təmsil olunmamışdı.