Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rövşən Bayramov bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 59 kq çəki dərəcəsində çıxış edən 29 yaşlı pəhləvanın rəqibi norveçli Stiq-Andre Berge olub.
İlk hissədə tərəflərdən heç biri xal qazana bilməyib. İkinci hissədə Berge passiv güləşdiyi üçün Bayramov 1 xal qazanıb. Lakin hissənin sonlarında norveçli güləşçi 1 xal qazanıb. Məhz rəqibi sonda xal aldığı üçün azərbaycanlı pəhləvan görüşü məğlub başa vuraraq, "Rio-2016"da 5-ci yeri tutub.
Qeyd edək ki, Rövşən Bayramov bunadək 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
-------------------------
23:41. Mürsəliyev dayandı, Bayramovun bürünc medal görüşündə rəqibi bilindi - YENİLƏNİR
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının növbəti yarış günündə Azərbaycanın 5 idmançısı çıxış edəcək. Sportnet.az-ın məlumatına görə, bu gün əsas medal ümidlərindən sayılan güləşçilərin mübarizəsi başlayacaq.
Bakı vaxtı ilə saat 17:00-dan etibarən yunan-Roma güləşçiləri Rövşən Bayramovla Elvin Mürsəliyev döşək üzərinə çıxırlar. 75 kq çəki dərəcəsində yer alan Mürsəliyev artıq ilk görüşünü keçirib. 1/16 finalda misirli Mahmud Fevzi Rəşad Sebi ilə üz-üzə gələn Elvin saat 17:06-da başlayan qarşlaşmada hesabda 0:1 geridə olsa da, sonradan əzmkarlıq göstərib və yekunda 2:1 hesabı ilə qalib gəlib.
Mürsəliyevin 1/8 finalda rəqibi Zurabi Datunaşvilini (Gürcüstan) məğlub edən Dosjan Kartikov (Qazaxıstan) olub. Elvin 5:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Onun bu mərhələdə rəqibi macar Peter Başçı olub. Mürsəliyev 1/4 finalda 0:5 hesabı ilə uduzub və mübarzəni bürünc medal uğrunda təsəlliverici görüşlərdə davam etdirmək şansını saxlayırdı. Ancaq Başçının yarımfinalda uduzması Elvinin çıxışını dayandırması ilə nəticələnib.
59 kq çəkidəki Bayramov isə 1/8 finalda venesuelalı Rayber Xose Rodriges Orozkonu sınağa çəkib. Saat 17:18-də çalışan qarşılaşma Bayramovun tam üstünlüyü ilə başa çatıb - 8:0. Güləşçimiz 1/4 finalda Mahadi El Messaudiyə (Mərakeş) 8:0 hesabı ilə qalib gələn Xese David Tielke (ABŞ) ilə qarşılaşıb. Rövşən bu dəfə də aşkar üstün olub - 6:0. Yarımfinala çıxan Bayramov medalın bir addımlığındadır. O, bu mərhələdə yapon Ota Şinobu ilə görüşüb. Bayramov hesabda 2:0 irəli keçsə də, sonradan rəqibi onun kürəyini yerə vuraraq təmiz qələbə qazanıb - 2:4. Bayramov bürünc medal uğrunda görüşdə norveçli Stiq-Andre Berge ilə qarşılaşacaq.
Saat 23:00-da təsəlliverici, saat 24:00-da isə bürünc medal və final görüşləri başlanacaq.
59 kq
Bürünc medal görüşü - Rövşən Bayramov - Stiq-Andre Berge (Norveç)
1/2 final - Rövşən Bayramov - Şinobu Ota (JPN) 2:4
1/4 final - Rövşən Bayramov - Jesse David Thielke (USA) 9:0
1/8 final - Rövşən Bayramov - Raiber Jose Rodrigez Orozco (VEN) 8:0
75 kq
1/4 final - Peter Bacsi (HUN) - Elvin Mürsəliyev 5:0
1/8 final - Elvin Mürsəliyev - Doszhan Kartikov (KAZ) 5:1
1/16 final - Elvin Mürsəliyev - Mahmoud Fawzy Rashad Sebie (EGY) 2:1