1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Boltla Quliyev 8-ci oldu
Əfsanəvi sprinter Useyn Bolt karyerasında 8-ci dəfə olimpiya çempionu olub. "Report"un məlumatına görə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yamaykalı atlet 200 metr məsafəyə qaçışda bütün rəqiblərini üstələyib.
O, finalda finişə 19,78 saniyəyə çatıb. Gümüş medalı 20,02 saniyə nəticə ilə kanadalı Andre de Qrasse əldə edib. Bürünc medalı isə fransalı Kristof Lemetr 20,12 saniyə göstərici ilə qazanıb.
Finalda Türkiyə adından çıxış edən əslən azərbaycanlı sprinter Ramil Quliyev isə finişə 20,43 saniyəyə sonuncu çatıb və 8-ci yeri tutub.
Qeyd edək ki, "Rio-2016"da Useyn Bolt 100 metr məsafəyə qaçış üzrə də olimpiya çempionu olub. Onu qarşıda 4X100 metr məsafəyə estafet qaçışı da gözləyir.