Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib.
Sportnet.az-ın məlumatına görə, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Kənd təsərrüfatı naziri İnam Kərimov federasiyanın prezidenti seçilib.
Kərimov bu postda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyib.
--------------------------------
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti vəzifəsinə namizəd məlum olub.
Sportnet.az "Report"a istinadən xəbər verir ki, bu, kənd təsərrüfatı naziri İnam Kərimovdur.
İ.Kərimovun bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək AAAF-ın hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir.
O, bu postda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyəcək.