
Aprelin 9-18-də Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı davam edir. Sportnet.az-ın məlumatına görə, bu yarışda 38 ölkədən 268 ağır atletin (112 qadın və 156 kişi) iştirak edir.
Bu gün Azərbaycan yığmasının üzvü – Anastasiya İbrahimli körpücük üzərinə çıxıb. Qadın atletimiz uğurla çıxış edərək fəxri kürsüyə qalxıb.
Anastasiya birdən qaldırma hərəkətində 103 kq nəticə ilə 6-cı olub. Təkanla qaldırma hərəkətində isə daha yaxşı edən İbrahimli 130 kq ilə 3-cü yeri tutub.
Atleti toplamda 233 kq (103+130) nəticə ilə yekun sıralamada 3-cü yeri tutaraq fəxri kürsüdə öz layiqli yerini tutub.
Qeyd edək ki, Anastasiyanın öz aktivinə yazdığı 2 – təkanla qaldırma və toplamda – medal Azərbaycan yığmasının ümumi medal sayını 9-a yüksəltdi. Bu isə Avropa çempionatında çıxış edən bütün ölkələrdən daha çoxdur. Azərbaycan yığması 3 böyük – Valentin Xristov və Boyanka Kostova qızıl, Anastasiya İbrahimli bürünc, 9 kiçik – Xristov və Kostova 3, Əfqan Bayramov 1, Anastasiya İbrahimli 2 – əldə edib.