
Azərbaycanın aparıcı atletləri Nazim Babayev, Kəskin Abbaszadə və Yekaterina Sarıyevanın Bakıda Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə keçirilən atletika üzrə beynəlxalq qış yarışında iştirak etməməsinin səbəbi bəlli olub.
Sportnet.az xəbər verir ki, Azərbaycan Atletika Federasiyasının icraçı-direktoru Kamal Əhmədov jurnalistlərə açıqlamasında idmançıların turniri zədə səbəbindən buraxdıqlarını bildirib.
O, 80 atletin mübarizə apardığı yarışda Əlhəm Nağıyevə böyük ümidlər bəslədiyini söyləyib: “Fikrimcə, yarışın qalibi də məhz o olacaq".
Qeyd edək ki, "Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışa fevralın 3-də yekun vurulacaq.