Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında iştirak edəcək ağırlıqqaldırma üzrə Azərbaycan millisinin ilkin heyəti bəlli olub.
Azərbaycan Ağır Atletika Federasiyasından Sportnet.az-a verilən məlumata görə, İslamiadada Azərbaycanı 10 atletin təmsil etməsi nəzərdə tutulub.
Qadınlar: Nazilə İsmayılova (45 kq), Elnarə Abbasova (71 kq), Anastasiya Mum (76 kq);
Kişilər: Tehran Məmmədov (61 kq), İsa Rüstəmov (67 kq), Paşa İbrahimli (73 kq), Füqan Əliyev (81 kq), Kamran ismayılov (89 kq), Dadaş Dadaşbəyli (102 kq), Əli Şükürlü (109 kq).
Qeyd edək ki, İslamiadada ağırlıqqaldırma yarışları 11-15 avust tarixlərində keçiriləcək.