
Velosiped üzrə “Tur de Frans” yarışı koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətə təxirə salınacaq.
Sportnet.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, təxirəsalma Fransada bütün kütləvi tədbirlərin iyulun ortalarınadək qadağan olunması ilə bağlıdır.
"Tur de Frans" 27 iyun - 19 iyulda keçirilməli idi.
Qeyd edək ki, daha öncə "Tur de Frans"ın baş direktoru Kristian Pryudom yarışın tam ləğvini və ya tamaşaçısız keçirilməsini düşünmədiyini açıqlayıb.