
Bu gün "Bakı 2015" I Avropa Oyunlarında 3x3 basketbol yarışına start veriləcək. Sportnet.az-ın məlumatına görə, Azərbaycanın qadınlar və kişilərdən ibarət komandası da yarışlarda iştirak edəcək.
	
	
D qrupunda yer alan kişilərdən ibarət komanda saat 19:55-də Çexiya ilə üz-üzə gələcək. Saat 21:35-də isə Azərbaycan komandası İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.
	
	
Qadınların komandası isə İsveçrə ilə qarşılaşacaqlar. Görüş saat 17:10-da baş tutacaq.
	
	
Qeyd edək ki, "Bakı 2015" I Avropa yarışlarında 3x3 basketbol yarışına iyunun 26-da yekun vurulacaq və 2 dəst medal öz sahibini tapacaq.









                 





    
    
    
    
    
    
    
    
    























































