 
 Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Xaybula Musalov gümüş medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 75 kq çəkidə çıxış edən X.Musalov finalda irlandiyalı Maykl O Reyliyə uduzub- 0:3.
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Xaybula Musalov gümüş medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 75 kq çəkidə çıxış edən X.Musalov finalda irlandiyalı Maykl O Reyliyə uduzub- 0:3.
		
		Bununla da Azərbaycan millisi günü 3 qızıl və 1 gümüş medalla başa vurub.
		
		
X X X
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Abdulqədir Abdullayev də qızıl medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 91 kq çəki dərəcəsində çıxış edən Abdullayev döyüş keçirmədən qalib elan olunub. 
Onun rəqibi Gevorq Manukyan zədələndiyi üçün döyüşə çıxmayıb. 
 
X X X
Azərbaycan "Bakı 2015"də növbəti qızıl medalını qazanıb. Sportnet.az-ın məlumatına görə, bu dəfə 69 kq çəki dərəcəsində yer alan Pərviz Bağırov rusiyalı Aleksandr Besputinə qalib gəlib - 3:0. 
X X X
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Albert Səlimov final görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, 60 kq çəkidə yer alan Səlimov finalda fransalı Sofian Umianı 3:0 hesabı ilə yenərək, qızıl medala sahib olub. Ona qızıl medalı Azərbaycan prezidenti İlham Əliyev təqdim edib. 
X X X









 
                 





 
     
     
     
     
     
     
     
     
     
    






















































